AZ

"Brent" markalı neftin bir bareli 108,06 dollardan satılır

"Brent" markalı neftin bir bareli 108,06 dollardan satılır

Beynəlxalq fyuçers bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 108,06 dollara satılır.

AFN.az xəbər verir ki, cümə günü 112,45 dollara qədər yüksələn "Brent" neftinin barel qiyməti günü 108,17 dollar səviyyəsində başa vurub.

Bu gün saat 10:40-a olan məlumata görə, "Brent" markalı neftin fyuçers qiyməti əvvəlki bağlanışla müqayisədə 0,10 faiz azalaraq 108,06 dollar olub. Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) markalı xam neftin bir bareli isə 101,78 dollardan alıcı tapıb.

Qiymətlərin düşməsində ABŞ-ın Hörmüz boğazında qalan bəzi gəmilərin keçidinə dəstək verəcəyi ilə bağlı xəbərlər təsirli olub. Bazarlarda Yaxın Şərq qaynaqlı tədarük kəsintisi narahatlıqları davam etdiyi bir vaxtda OPEC+ qrupunun 7 üzvünün iyun ayında hasilatı gözlənildiyi kimi gündəlik 188 min barel artırmaq qərarı qiymətlərin aşağı doğru hərəkətini dəstəkləyən digər amil olub.

Qrupun növbəti iclası iyunun 7-də keçiriləcək. Texniki olaraq "Brent" nefti üçün 110,71 dollar müqavimət, 104,21 dollar isə dəstək zonası kimi izlənilir.

Seçilən
12
afn.az

1Mənbələr