AZ

Azərbaycan kapoeyraçıları Almaniyada üç medal qazanıblar

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan idmançıları Almaniyanın Münxen şəhərində keçirilən kapoeyra üzrə “Bimba Open 2026” beynəlxalq Avropa turnirində uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin mətbaut xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yeniyetmə qızlar arasında keçirilən yarışda Mehriban Hacıbabayeva qızıl medal qazanıb.

Raul Hüseynov gənclər arasında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Rəsul Muradlı isə yeniyetmə oğlanlar arasında bürünc medal əldə edib.

Seçilən
26
1
azertag.az

2Mənbələr