AZ

Prezident: Sammitdə iştirakım Azərbaycan ilə Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Sammitdə iştirakım Azərbaycan ilə Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir.

Bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı Sammitdə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən videoformatda qoşulacağam. Həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il əvvəl Prezident Koşta və Prezident fon der Leyen ilə görüşüm zamanı onlar 2026-cı ilin mayında sammitin Ermənistanda keçirilməsi ideyası barədə fikrimi soruşdular. Mən bu təşəbbüsü dəstəklədim və öz növbəmdə balanslı yanaşmanın qorunması üçün növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsini təklif etdim. Təklif qəbul olundu və buna görə də üzvləri 2028-ci ilin mayında Azərbaycana dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan da namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir”, - dövlət başçısı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
10
icma.az

10Mənbələr