AZ

İrəvanda Zelenskiyə Azərbaycanla bağlı TƏXRİBATÇI sual

Avropa Siyasi Birliyinin 8-ci sammitinin keçirildiyi yerə gələn Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırıb. Musavat.com xəbər verir ki, News.am-ın əməkdaşının təxribatçı sualını isə Ukrayna lideri cavabsız qoyub.

Belə ki, erməni jurnalist 44 günlük müharibə zamanı Azərbaycanın guya fosfor bombalardan istifadə etdiyini bildirib və Zelenskidən “Kiyevin Bakıya bu bombaları niyə verdiyini” soruşub. Ukrayna prezidenti sualı cavabsız qoyub və brifinq zalını tərk edib.

Erməni

Qeyd edək ki, Ukraynanın Azərbaycana fosfor bombası atması və ya tədarük etməsi barədə iddialar əsassızdır. 2020-ci ildə yayılan belə iddialara cavab olaraq o zaman Ukrayna rəhbərliyi heç bir yerə fosfor bombası tədarük etmədiyini bildirmişdi. Halbuki erməni jurnalist yalan danışmaqdansa, ölkəsi 44 günlük müharibədə Şuşada qalıqları aşkarlanan “İsgəndər” raketləri ilə bağlı izahat verməliydi.

Hərçənd nə Ermənistan, nə Rusiya Azərbaycana bununla bağlı hesabat təqdim edib. “İsgəndər” raketlərinin isə satışı və istifadəsi qadağandır. Amma Rusiyanın istehsalı olan bu raketlər azad edilən Şuşada tapılmışdı. Eyni zamanda, erməni jurnalist Zelenskiyə bu sualı vermək əvəzinə, döyüş meydanında uzaqda yerləşən Bərdəyə, Gəncəyə “Smerç” yaylım atəşli reaktiv sistemləri vasitəsilə 9M55 tipli kassetli raketlər atılmasını xatırlaya bilərdi...

 Xatırladaq ki, 25 apreldə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri Qəbələdə baş tutub. 

O, Prezident İlham Əliyevlə əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirib. Bu, Zelenskinin müharibə dövründə Azərbaycana ilk səfəri, iki liderin isə son dörd ildən bir qədər artıq müddətdə yeddinci görüşü idi. Görüşlərin gündəliyində təhlükəsizlik, enerji və humanitar əməkdaşlıq əsas yer tutub.  Zelenski Azərbaycana Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyə görə təşəkkür edib, Əliyev isə Kiyevlə əməkdaşlığın çox güclü siyasi təməli olduğunu vurğulayıb. Rəsmi Bakı və Kiyev son illərdə enerji yardımı, humanitar dəstək və uşaqların reabilitasiyası kimi sahələrdə daimi təmas saxlayıb; Ukrayna tərəfi Azərbaycanın 11 enerji yardım paketi göndərdiyini və 500-dən çox ukraynalı uşağın Azərbaycanda bərpa proqramlarında iştirak etdiyini ayrıca qeyd edib. 

Emil Salamoğlu
Musavat.com

 

 

Seçilən
19
1
musavat.com

2Mənbələr