AZ

Vüqar Səfərlinin həbsxanadan görüntüsü yayıldı

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin cəzaçəkmə müəssisəsində çəkilmiş ilk fotosu yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə tanınmış jurnalist Yaşar İsakov məlumat verib. Mayın 4-də 6 saylı cəzaçəkmə müəssisəsində çəkilən görüntünü şərh edən Y.İsakov keçmiş rəhbərin saxlanma şəraitindən razı qaldığını qeyd edib.

Xatırladaq ki, Vüqar Səfərli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə məxsus 18 milyon 500 min manat vəsaiti mənimsəməkdə, rəsmi sənədlərə yalan məlumatlar daxil etməkdə və 5 milyon 700 min manatdan çox pulu leqallaşdırmaqda təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə ittiham olunan Nadir Məmmədov 6 il həbs cəzası alıb, digər təqsirləndirilən şəxslərə isə şərti cəzalar verilib. Hazırda Medianın İnkişafı Agentliyinin (MEDİA) zərərçəkmiş qismində tanındığı cinayət işi üzrə çıxarılan hökm bütün məhkəmə instansiyaları, o cümlədən Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.

"Cebheinfo.az"

 

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr