AZ

ABŞ qoşunlarının Almaniyadan çıxarılması gözlənilməz oldu-Kaya Kallas

ABŞ Prezidenti Donald Trampın Almaniyadan 5000 əsgərin geri çəkilməsi barədə qərarı Avropa İttifaqı (Aİ) üçün gözlənilməz olub. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Ermənistana səfəri zamanı bildirib ki, ABŞ qoşunlarının Avropadan çıxarılması məsələsi uzun müddətdir müzakirə olunsa da, qərarın elan olunma vaxtı sürpriz xarakter daşıyıb.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

“Amerika qoşunlarının Avropadan çıxarılması uzun müddətdir müzakirə olunur, amma təbii ki, bu elanın vaxtı gözlənilməz oldu”, – deyə Kallas Ermənistanda keçirilən Avropa siyasi liderlərinin sammiti zamanı qeyd edib.

O əlavə edib ki, ABŞ qoşunlarının Avropada yerləşdirilməsi həm Avropa İttifaqının, həm də Vaşinqtonun strateji maraqlarına xidmət edir.

Aytəkin TOFİQQIZI

Seçilən
41
redaktor.az

1Mənbələr