AZ

Azərbaycan və Ermənistan arasında sülh reallıqdır - İlham Əliyev

Bu gün Azərbaycan və Ermənistan arasında sülh reallıq təşkil edir.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

"Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh içində yaşamağı yenicə öyrənirik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə biz – Ermənistan və Azərbaycan liderləri – birgə bəyannamə imzaladıq. ABŞ Prezidenti Donald Tramp da, artıq qeyd olunduğu kimi, onu şahid qismində imzaladı", - İlham Əliyev qeyd edib.

O, həmçinin xatırladıb ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıblar, bu isə münasibətlərin yekun normallaşması yolunda mühüm mərhələ olub: "Bizim və əminəm ki, erməni tərəfdaşlarımız üçün sülh artıq əldə olunub".

Seçilən
10
2
missiya.az

10Mənbələr