AZ

SEPAH Hörmüz boğazı ilə bağlı yeni xəritə təqdim etdi FOTO

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İran İnqilab Keşikçiləri yeni xəritə yayımlayıb.

Redaktor.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) donanması Hörmüz boğazı ərazisini əks etdirən yeni xəritə təqdim edib.

Məlumata görə, açıqlamada bildirilib ki, göstərilən ərazi İranın Kuh-e Mubarak bölgəsindən Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra (Fujairah) bölgəsinin cənubuna qədər uzanır.

Bildirilib ki, xəritədə həmçinin Qeşm adası ilə BƏƏ-nin Umm əl-Küveyn bölgəsi arasında ikinci xətt də göstərilib.

Qeyd olunub ki, təqdim edilən xəritə Hörmüz boğazı ətrafında İranın hərbi nəzarət zonası kimi təqdim olunur.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
redaktor.az

2Mənbələr