ABŞ-ın Almaniyadan 5 min əsgər çıxarmaq qərarı Avropa İttifaqı üçün (Aİ) tamamilə sürpriz oldu.
Publika.az xəbər verir ki, bunu İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitindən öncə jurnalistlərə açıqlamasında Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib.
Almaniya kansleri Fridrix Merts isə sözügedən qərardan təəccüblənmədiyini bildirib. Onun sözlərinə görə, Almaniya hakimiyyəti qoşunların qismən çıxarılması barədə əvvəlcədən məlumatlandırılıb.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Almaniyadakı Amerika qüvvələrinin əhəmiyyətli dərəcədə azaldıldığını elan etmişdi.