AZ

Nərimanovda ekologiyanı çirkləndirən sürücülər CƏRİMƏLƏNDİ VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nərimanov rayonunda sürücülər arasında “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Nərimanov rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib. Nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə 20-dən çox sürücünü saxlayıb və avtomobillər yoxlanılıb. Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sürücülərə qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.

Ətrar mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan 18 avtomobilin sürücüsünə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.

Əksər sürücülərin avtomobilləri normalara cavab verib. Buna baxmayaraq, zərərli maddələrin miqdarı normadan artıq olan sürücülərə cərimə yazılıb.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
avtosfer.az

2Mənbələr