AZ

“Sabah”ın almaniyalı hücumçusu: “Çempionluğu təkcə “Qarabağ”la izah etmək olmaz” MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Növbəti mövsüm avqust ayında başlayacaq. Komandalarda çox dəyişikliklər ola bilər”.

Bunu ”Sabah”ın almaniyalı hücumçusu Coy Lens Mikels sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Qarşıda avrokubok matçları var. Gözləntiləriniz necədir?

– Avropa səhnəsində çıxış etmək çətindir. Ən kiçik səhv belə bağışlanmır. Keçən illərlə müqayisədə, bu il avrokuboklarda daha təcrübəli komanda kimi çıxış edəcəyik.

– Çempionluqda həlledici məqam nə oldu? Yəqin ki, “Qarabağ” üzərində qələbələr komandaya xüsusi inam verdi...

– Çempionluğumuzu yalnız “Qarabağ” üzərindəki qələbələrlə əlaqələndirmək olmaz. Mövsüm ərzində daha çox öz oyunumuza fokuslanmışıq. Bunun xüsusi bir məqamı yoxdur.

– Növbəti mövsümün daha gərgin keçəcəyini gözləyirsiniz?

– Növbəti mövsüm avqust ayında başlayacaq. Komandalarda çox dəyişikliklər ola bilər. İndidən bu barədə danışmaq tezdir.

– Yayda müqaviləniz başa çatır. Məlumatlara görə, daha uzun müddətli müqavilə imzalamaq niyyətindəsiniz...

– Ümid edirəm ki, belə olacaq. Amma sanki müqavilənin şərtlərini məndən daha yaxşı bilirsiniz (gülür).

– Kubokda rəqib “Zirə”dir. “Qızıl dubl” etməyi bacaracaqsınız?

– Kuboku 100 faiz qazanacağımızı deyə bilmərəm. Amma bir şeyi dəqiq bilirəm ki, Mikelslərdən biri Azərbaycan Kubokunu qazanacaq (gülür).

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
icma.az

2Mənbələr