AZ

“Atəşgah” Sığortadan paralimpiyaçılara dəstək - FOTOLAR

1 may tarixində “Atəşgah” Sığorta Şirkəti ASC ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq çərçivəsində tədbir keçirilib. Tədbir həm də “Atəşgah” Sığorta Şirkəti və Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinin qeyd olunduğu əlamətdar bir dövrə təsadüf edir.Qeyd etmək istərdik ki, bu təşəbbüs "Atəşgah" Sığortanın paralimpiyaya və ümumilikdə idmana göstərdiyi xüsusi diqqət və qayğının əyani göstəricisidir.

FED.AZ xəbər verir ki, tədbirdə paragüllə atıcılığı üzrə iki tanınmış paralimpiyaçı- Tokio-2020 və Paris-2024 Yay Paralimpiya Oyunlarının iştirakçısı, Dünya və Avropa çempionu Kamran Zeynalov və Paris-2024 Yay Paralimpiya Oyunlarının iştirakçısı, Dünya çempionatının gümüş medalçısı, Avropa çempionatının gümüş və bürünc medalçısı Aybəniz Babayeva qonaq qismində iştirak ediblər.

Tədbir zamanı idmançılar öz həyat hekayələrini və paralimpiya oyunlarındakı möhtəşəm uğurlarını tədbir iştirakçıları ilə bölüşüblər. Gələcəkdə də “Atəşgah” Sığorta Şirkəti idmanın, o cümlədən paralimpiyanın inkişafına yönəlmiş təşəbbüslərlə bu sahənin irəliləməsinə və inkişaf etməsinə dəstək göstərəcək.

“Atəşgah”“Atəşgah”“Atəşgah”“Atəşgah”“Atəşgah”
Seçilən
12
fed.az

1Mənbələr