AZ

Rusiya Ermənistanı itirir? - AÇIQLAMA

Bu gün İrəvanda keçirilən AB-nin sammiti Ukrayna bataqlığında ilişib qalan Rusiya üçün xəbərdarlıq sayıla bilərmi? Ermənistan Baş naziri Nikol Paşinyanın qərbpərəst  mövqeyi Ermənistanı Rusiyadan uzaqlaşdırır?

Rusiya və Ermənistan arasında son dövrlər baş verən soyuqluq barədə Ucnoqta.az-a danışan Real partiyasının sədri Natiq Cəfərli bildirdi ki, Rusiya ilə İrəvan arasında fikir ayrılıqları var.

"Amma bu o demək deyil ki, Rusiya Ermənistanı tamamilə əlindən çıxarıb. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var, iqtisadiyyatının 70 faizindən çoxu onlardan asılıdır. Təsirlər həddən artıq çoxdur. Rusiya çox maraqlı yanaşma sərgiləyir. Ruspərəst qüvvələrin Ermənistanda seçki yolu ilə hakimiyyətə gəlməsinin mümkün olmadığını anlayırlar. Çünki cəmiyyət də kifayət qədər Rusiyadan narazıdır. Ermənistanda hakimiyyətə Paşinyana alternativ daha çox qərbpərəst qüvvə gələ bilər. Bu nöqteyi nəzərdən Paşinyana müəyyən təzyiqləri əlində saxlamaqla onun hakimiyyətdə qalmasını istəyir. Fikrimcə Rusiyanın strategiyası Paşinyan komandasına təsir rıçaqlarını əlində saxlamaqla daha qərbpərəst qüvvələrin hakimiyyətə gəlməyinin qarşısını almaqdır".

Seçilən
21
ucnoqta.az

1Mənbələr