AZ

Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi -VİDEO

ABŞ Müdafiə Nazirliyi yeni nəsil süni intellekt alqoritmlərinin məxfi sənədlərlə işləməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə "Defence Express" nəşri yazır.

Buna qədər agent tipli süni intellekt sistemləri əsasən hesabatlar, maliyyə sənədləri və strateji materiallarla işləmək üçün istifadə olunurdu və yalnız qeyri-məxfi məlumatlarla məhdudlaşırdı. İndi isə bu sistemlər məxfi səviyyəli sənədlər və tapşırıqlar üzərində də tətbiq olunacaq.

Pentaqonun Rəqəmsal Texnologiyalar və Süni İntellekt üzrə Baş İdarəsi (CDAO) bildirib ki, bu icazəni səkkiz aparıcı şirkət alıb: "SpaceX", "OpenAI", "Google", "Nvidia", "Reflection", "Microsoft", "Amazon Web Services" və "Oracle". Bu şirkətlərin kommersiya bazarında mülki istifadəçilər üçün təqdim etdiyi məşhur məhsullar arasında "ChatGPT", "Gemini" və "Copilot" yer alır.

Eyni zamanda, onlar korporativ həllər də təklif edir, "Nvidia" isə süni intellekt texnologiyaları üçün aparıcı avadanlıq istehsalçısı kimi tanınır.

Seçilən
4
3
aznews.az

4Mənbələr