AZ

ABŞ nin hərbi bazaları təhlükədədir

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Konqres üzvü Ted Lyu ölkəsinin Rusiyaya qarşı yeni bir müdafiə strategiyası hazırlamalı olduğunu bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, X sosial media platformasında açıqlama verən Lyu yeni bir strategiyanın zəruriliyinin İranla başlayan müharibədən sonra aydınlaşdığını qeyd edib. 

Lyu "ikinci dərəcəli ordu" kimi xarakterizə etdiyi İranın belə ABŞ bazalarına ciddi zərər vura bildiyini vurğulayıb. Bu vəziyyətin Rusiya və Çinin ABŞ-nin xaricdəki hərbi aktivlərini "toz halına gətirə biləcəyi" mənasına gəldiyini ifadə edən Lyu, "ABŞ Rusiyaya və Çinə qarşı müdafiə sursatlarını tükədəcək" xəbərdarlığını edib. Bundan əvvəl ABŞ Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Rusiyanı İrana hərbi yardım göstərməkdə ittiham etmişdi. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr