Filippində 6 bal gücündə zəlzələ baş verib.Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, zəlzələnin episentri 189 mindən çox əhalisi olan Panalanoy şəhərindən 71 kilometr şimal-şərqdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat yoxdur.