AZ

SEPAH-dan sərt xəbərdarlıq: "Qaydaları pozan gəmilər dayandırılacaq"

SEPAH-dan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı ilə bağlı elan edilən qaydaların pozulmasına dair xəbərdarlıq yayıb.

Məlumata görə, İran dövlət mediasının yaydığı bəyanatda qeyd olunub ki, Hörmüz boğazı ilə bağlı qaydaları pozan dəniz hərəkatları ciddi risklərlə üzləşə bilər.

Bildirilib ki, qaydaları pozan gəmilər “zorla” dayandırılacaq.

Qeyd olunub ki, SEPAH gəmiçilik şirkətlərini və nəqliyyat sığortaçılarını yayılan bildirişlərə ciddi şəkildə əməl etməyə çağırıb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
16
1
redaktor.az

2Mənbələr