AZ

Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq

Azərbaycan Respublikası Mərkəzi Bankının pul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikini görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 6 may 2026-cı il tarixində açıqlanacaq. 

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 2 aprel 2026-cı il tarixində faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılmışdır (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır). 

Qeyd olunmuşdu ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

Vurğulanmışdı ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır.

Qeyd edək ki, Mərkəzi Bankın faiz qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minir. 

İş elanları AzVak.az-da

Xatırladaq ki, 4 Fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilmişdi.

Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə də faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.

Azərbaycan Mərkəzi Bankı faiz qərarı 2026Mərkəzi Bank faiz dəhlizi qərarı 6 may 2026Azərbaycan Mərkəzi Bankı pul siyasəti qərarlarıfaiz dəhlizi 4±2 inflyasiya hədəfiAzərbaycan inflyasiya siyasəti 2026Mərkəzi Bank faiz qərarları açıqlanma qrafikifaiz dərəcəsi dəyişməz saxlanılıb Azərbaycanmakroiqtisadi təhlil Azərbaycangeosiyasi risklər iqtisadiyyat Azərbaycanqlobal maliyyə bazarları Azərbaycaninflyasiya proqnozu AzərbaycanMərkəzi Bank pul siyasətiqiymət sabitliyi Azərbaycan iqtisadiyyatıAzərbaycan iqtisadi xəbər faiz qərarıfaiz siyasəti real sektor AzərbaycanAzərbaycan Mərkəzi Bank İdarə Heyəti qərarıbank faiz qərarları 2026 Azərbaycanmaliyyə bazarları və inflyasiyaAzərbaycan iqtisadi siyasət xəbərləri
Seçilən
13
3
marja.az

5Mənbələr