AZ

"Sabah"ın çempionluğu mənim üçün sadəcə zaman məsələsi idi, tarix yazdılar" - Özbəkistan klubunun üzvü

“Mənim üçün bu, yalnız zaman məsələsi idi. “Sabah” ilk çempionluğunu qazandı, tarix yazdılar. Bütün mövsüm göstərdiklərinin mükafatı idi”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Sabah”ın sabiq kapitanı Filip İvanoviç deyib. Özbəkistanda “Soqdiana"da oynayan serbiyalı Azərbaycanın yeni çempionu haqda fikirlərini bildirib:

"Sabah" Çempionlar Liqasında iştirak edəcək. Bu, daha yüksək səviyyədə futbol arenasında gözəl təcrübə olacaq. "Sabah"ın Çempionlar Liqasında nə qədər irəli gedəcəyini təxmin edə bilmərəm. Bu, şübhəsiz ki, rəqiblərdən də asılı olacaq... Amma bu, klub üçün yaxşı bir fürsətdir və inanıram ki, onlar Azərbaycan xalqını layiqli şəkildə təmsil edəcəklər".

İvanoviç, Umarali Raxmonaliyevin “Sabah”da çempionluq qazandıqdan sonra Özbəkistan millisinin dünya çempionatı üçün nəzərdə tutulmuş heyətə cəlb olunmasının real olub-olmamasından bəhs edib: “Özbəkistanın çox yaxşı futbolçu nəsli yetişib. Bunu onların dünya çempionatına vəsiqə qazanması sübut edir. Mən Umaralini bir futbolçu kimi bəyənirəm. O, bu mövsüm gözləntiləri doğrultdu. Ümid edirəm ki, o, Fabio Kannavaronun planlarında olacaq”.

“Sabah”ın sabiq kapitanı yeni çempionun uzun illər “Qarabağ” kimi dominantlıq şanslarını da dəyərləndirib: “Bu, bir gün baş verməli idi. "Qarabağ"ın illərlə davam edən dominantlığı qırıldı. Əvvəllər "Qarabağ" və "Neftçi" var idi, mən "Sabah"ın indi burada olmasına şadam. Bu, Azərbaycan futbolunun inkişaf etdiyini və gələn mövsüm açıq favorit olmayacağını göstərir”.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
14
1
sportal.az

2Mənbələr