AZ

Kaya Kallas: Cənubi Qafqaz Avropa İttifaqı üçün çox vacibdir

BAKI, 4 may. TELEQRAF

“Avropa Siyasi Birliyi sammitinin İrəvanda keçirilməsi, xüsusən də İranda müharibənin getdiyi vaxtda Cənubi Qafqazın nə qədər vacib olduğunu göstərir”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Bu sammitin İrəvanda keçirilməsi, xüsusən də İranda müharibə olduğu indiki vaxtda Cənubi Qafqazın nə qədər vacib olduğunu göstərir. Bu, kommunikasiyalar və üzləşdiyimiz çətinliklər qarşısında dözümlülüklə bağlıdır”, - o bildirib.

Kallas Yaxın Şərq Dəhlizinin əhəmiyyətinə də toxunub. O qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr nəzərə alınmaqla, hər kəs ticarət yollarının şaxələndirilməsinə çalışır:

“Buna görə də kommunikasiyalar və bu yollar çox vacibdir”.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr