AZ

Yığmanın çalışdırıcısı Premyer Liqaya “salam” verən klubda? - Özü ÜAÇIQLADI

«Mən bu klubun rəhbərliyində təmsil olunan bəzi şəxsləri tanıyıram, ancaq aramızda heç vaxt belə bir söhbət getməyib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və «Şamaxı»nın baş məşqçisi Ayxan Abbasov deyib.

Bir ay sonra «şirlər»in sükanı arxasından ayrılacağı dəqiqləşən təcrübəli mütəxəssis «Şəfa»dan təklif alması barədə yayılan xəbərləri təkzib edib.

O, hazırda I Liqanın lideri olan və növbəti mövsümdən Premyer Liqada yarışacaq paytaxt təmsilçisi ilə danışıqlar aparmadığını söyləyib:

«Mövsüm sona yaxınlaşır. İndi nəinki mənimlə, bir çox məşqçilərlə bağlı oxşar xəbərlər yayılır.

Mətbuat hər gün kimisə harasa «göndərir». Odur ki, belə söz-söhbətlərin ortaya atılmasını təəccüblə qarşılamıram.

Açığı, qarşıdakı vaxtı milliyə ayırmaq istəyirəm. Yalnız ora fokuslanmaq istəyirəm.

Çünki sentyabrda UEFA Millətlər Liqasında yeni mövsümə start veriləcək. D divizionunda birinci yeri tutub, yuxarı qalxmaq niyyətimiz var.

Bütün gücümüzlə çalışmalıyıq ki, qarşımıza qoyduğumuz hədəfə çataq. «Şəfa»ya da uğurlar arzulayıram. Birinci Liqada yaxşı mövsüm keçirirlər, çempion olmağa çox yaxındırlar.

Mən sevinirəm ki, vaxtilə futbolçu kimi formasını geyindiyim klub yenidən Premyer Liqaya qayıdır».

Seçilən
21
sportinfo.az

1Mənbələr