AZ

“Ermənistan Rusiyanın peyki hesab olunurdu” - Makron

"Baş nazir Nikol Paşinyanın Ermənistana baxışı çox təsirlidir. Düzünü desək səkkiz il əvvəl heç kim bura gəlməzdi”.

Missiya.Az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində çıxışı zamanı deyib.

“Ölkənizə bu qədər çox ilk dəfə gələn qonaqlarınızın olması həqiqətən müsbət göstəricidir, çünki səkkiz il əvvəl bu ölkə bu masanın ətrafında oturan bir çox ölkə tərəfindən faktiki olaraq Rusiyanın peyki hesab olunurdu", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr