AZ

Avstriya hökuməti 3 rusiyalı diplomatı “persona non qrata” elan edib.

Bizim.Media xəbər verir ki, buna səbəb diplomatik binaların damlarında yerləşən və casusluq məqsədilə istifadə oluna biləcəyi bildirilən çoxsaylı antenalarla bağlı məlumatlardır.

Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger bildirib ki, diplomatik toxunulmazlıqdan casusluq fəaliyyəti üçün istifadə edilməsi yolverilməzdir.
 

Məlumata görə, son qərarla birlikdə 2020-ci ildən bəri Avstriyadan çıxarılan rusiyalı diplomatların sayı 14-ə çatıb.


Qeyd olunur ki, Vyana son illərdə Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.

Bizim.Media

Seçilən
36
1
bizim.media

2Mənbələr