AZ

Marketdə alıcıları çaşdıran qiymət oyunu - Etiketlərə diqqət

Bəzi hallarda mağaza rəflərindəki qiymətlər alıcılarda çaşqınlıq yaradır və məhsulların ucuzlaşdığı təəssüratı formalaşdırır. Oxşar vəziyyətlərdən biri də marketlərdə şokoladların qiymətləri ilə bağlı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bəzi şokolad məhsullarının üzərində 1-3 manat civarında qiymətlərin göstərilməsi alıcıların diqqətini cəlb edib və ilk baxışdan ciddi endirim olduğu təəssüratı yaradıb. Alıcılar arasında maraq və təəccüb doğuran bu vəziyyət bir çox insanı alış-veriş səbətini doldurmağa sövq edib.

Lakin məhsulların üzərindəki qiymətlərin 100 qram üçün nəzərdə tutulduğu daha sonra diqqətə çatdırılıb. Bu detal isə alıcıların ilkin təəssüratını dəyişib.

Satış məntəqələrində bu kimi halların marketinq üsulu kimi istifadə olunduğu, qiymətlərin təqdimat formasının bəzən alıcıların diqqətini cəlb etmək məqsədi daşıdığı qeyd olunur. Mütəxəssislərin fikrincə, bu cür təqdimatlar istehlakçı davranışına birbaşa təsir göstərə bilir.

Nəticədə, ilkin baxışda ucuz görünən məhsulların əsl qiymətinin fərqli olduğu ortaya çıxır və bu da alıcıların diqqətli olmasının vacibliyini bir daha göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
3
olaylar.az

4Mənbələr