AZ

İran Hörmüz boğazında yeni nəzarət sərhədlərini müəyyənləşdirib

İran hərbçiləri Hörmüz boğazında yeni nəzarət zonasını müəyyənləşdirib.

"Far.Az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) xəritəsinə istinadən məlumat yayıb.

Xəritədə "İranın hərbi dəniz qüvvələrinin Hörmüz boğazında yeni nəzarət və idarəetmə sərhədləri" əks olunub - boğazın qərbində zona İranın Keşm adasının qərb ucundan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Umm əl-Kuveyyn şəhərinin şərqində yerləşən nöqtəyədək uzanan xəttlə məhdudlaşır. Hörmüz boğazının şərqində isə zona İranda yerləşən Kuh-Mobarak qəsəbəsindən BƏƏ-nin Fuceyra şəhərinin cənubunda yerləşən nöqtəyədək uzanan xəttlə müəyyən olunur.

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı Əli Abdullahi bildirib ki, İran ABŞ-yə Hörmüz boğazına yaxınlaşmamaq barədə xəbərdarlıq edib və ABŞ silahlı qüvvələrinə hücum etməyə hazırdır.

Seçilən
3
far.az

1Mənbələr