AZ

Aviaşirkətlər may ayı üçün 2 milyon yer azaldıb

Milli.az saytına istinadən ain.az xəbər verir.

Dünyanın aparıcı aviaşirkətləri yanacaq çatışmazlığı və qiymət artımı fonunda may ayı uçuş planlarında ciddi ixtisarlara gedib.

Milli.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilir ki, son iki həftə ərzində dünya üzrə aviaşirkətlər may ayı cədvəllərindən ümumilikdə 2 milyon oturacaq yerini çıxarıb.

Məlumata görə, bu göstəricilər analitik Cirium şirkətinin məlumatlarına əsaslanır. Hesabata əsasən, minlərlə reys ləğv edilib, bəzi aviaşirkətlər isə yanacağa qənaət məqsədilə daha kiçik və daha sərfəli təyyarələrdən istifadə etməyə başlayıb.

Vəziyyətin əsas səbəbi kimi İranda davam edən müharibə göstərilir. Bildirilir ki, münaqişə başlayandan bəri aviasiya yanacağının qiyməti iki dəfə artıb. Bu da biletlərin bahalaşmasına və aviaşirkətlərin əməliyyat xərclərinin yüksəlməsinə səbəb olub. Eyni zamanda Fars körfəzində bir sıra hava limanlarının bağlanması Avropa ilə Asiya arasında reyslərin təxminən üçdə birinə təsir göstərib.

Hesabata görə, Fars körfəzi ölkələrinin aviaşirkətləri - o cümlədən Emirates, Etihad Airways və Qatar Airways - may cədvəllərində dəyişiklik edib və bəzi reysləri ləğv edib.

Bundan başqa, British Airways, United Airlines, Air China və All Nippon Airways kimi beynəlxalq daşıyıcılar da marşrut şəbəkələrini optimallaşdıraraq reys sayını azaldıb və ya dəyişdirib.

Ümumilikdə, Cirium məlumatlarına əsasən, may ayında bütün aviaşirkətlər üzrə mövcud oturacaq sayı 132 milyondan 130 milyona düşüb.

Ayxan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
news.milli.az

1Mənbələr