Musavat.com xəbər verir ki, buna səbəb diplomatik binaların damında casusluq fəaliyyəti üçün istifadə oluna biləcək xüsusi "anten meşəsi"nin - radioelektron avadanlıqların aşkar edilməsidir.
Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger məsələ ilə bağlı kəskin bəyanatla çıxış edərək bildirib: "Diplomatik toxunulmazlığın casusluq aktları törətmək üçün istifadə edilməsi qətiyyən qəbulolunmazdır".
Nazir artıq hər üç diplomatın ölkəni tərk etdiyini təsdiqləyib.
Qeyd edək ki, bu hadisə ilə 2020-ci ildən bəri Avstriyadan qovulan Rusiya diplomatlarının ümumi sayı 14-ə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31