“Sabah”ın futbolçusu Tomas Puxaçın durumu bəlli olub.
Klubdan İdmanxeber.az-a verilən məlumata görə, Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Şamaxı”ya qarşı görüşdə (3:0) zədələnən oyunçunun durumu ciddi deyil. O, yaxın zamanda yaşıl meydanlara qayıda biləcək.
Ancaq buna baxmayaraq, təcrübəli futbolçunun qarşıdakı “Kəpəz”lə oyunda iştirakı sual altındadır. Hələlik oyunçunun həmin qarşılaşmada meydana çıxıb-çıxmayacağı bilinmir.
“Sabah” – “Kəpəz” oyunu mayın 8-də, saat 18:30-da start götürəcək.