AZ

LDU da Müasir Yatırım İmkanları mövzusunda İnvestAZ Master Klass keçirilib

Marja.az saytına istinadən ain.az xəbər verir.

Lənkəran Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində tələbələrin maliyyə savadlılığı istiqamətində praktiki biliklərinin artırılması və maliyyə bazarları ilə yaxından tanışlığı məqsədilə “Müasir yatırım imkanları” mövzusunda genişmiqyaslı Master Klass təşkil olunub. Tədbir iqtisadiyyatın müasir trendlərini izləmək və gənc mütəxəssislərin maliyyə savadlılığını yüksəltmək baxımından böyük maraqla qarşılanıb.

Tədbiri  Maliyyə idarəetməsi və audit kafedrasının müdiri dos.Ə.Bədəlov açaraq sənaye nümayəndələri ilə keçirilən görüşlərin tələbələrdə praktik vərdişlər formalaşması istiqamətində faydasını qeyd etdi.  

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Master Klass çərçivəsində ilk olaraq “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi, PhD Rövşən Məmmədov çıxış edib. O, “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar?” mövzusuna toxunaraq, maliyyə bazarlarının təkcə artım deyil, həm də eniş trendlərində təqdim etdiyi imkanları izah edib. R.Məmmədov risklərin idarə olunması, müasir investisiya strategiyaları və birja əməliyyatlarının texniki-fundamental əsasları barədə ətraflı məlumat verərək, real bazar nümunələri ilə fikirlərini əsaslandırıb.

Daha sonra “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin satış üzrə 2-ci dərəcəli meneceri Rəşad Mustafayev “Rəqəmsal aktivlər: kriptovalyutanın iqtisadi və texnoloji əsasları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda rəqəmsal aktivlərin iqtisadi mahiyyəti, blokçeyn texnologiyasının yaratdığı yeni perspektivlər və kriptovalyuta bazarının özünəməxsus xüsusiyyətləri vurğulanıb. R.Mustafayev bu sahədə mövcud olan texnoloji yanaşmalar və qlobal iqtisadiyyata təsirləri barədə iştirakçıları məlumatlandırıb.

Məruzələr başa çatdıqdan sonra tədbir sual-cavab formatında davam edib. Tələbələr və müəllim heyəti tərəfindən ünvanlanan müasir maliyyə alətləri, investisiya riskləri və rəqəmsal iqtisadiyyatın gələcəyi ilə bağlı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
5
marja.az

10Mənbələr