AZ

"Mançester Siti"nin yarımmüdafiəçisi "Barselona"ya keçə bilər

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayan Bernardo Silva karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Barselona" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Mikel Blaskes məlumat yayıb.

Kataloniya təmsilçisi artıq Silva ilə müqavilə şərtlərini böyük ölçüdə razılaşdırıb. Yayda azad agent statusunda olacaq 31 yaşlı hücumameyilli yarımmüdafiəçinin "Barselona"da oynamaq istəyi bu keçidin reallaşmaq ehtimalını artırır.

Qeyd edək ki, "Mançester Siti" Bernaro Silvanı 2017-ci ilin yayında "Monako"dan 50 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
16
1
sportal.az

2Mənbələr