AZ

Sərkisyanın partiyasından Makrona cavab: Nikola görə ikiüzlülük edir

BAKI, 4 may. TELEQRAF

“Fransa Prezidenti Emmanuel Makronun “Səkkiz il əvvəl heç kim Ermənistana gəlməzdi” ifadəsi ikiüzlülüyün yeni və tipik nümunəsidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublikaçı” partiyasının sədri Serj Sərkisyanın müavini Armen Aşotyan deyib.

“Makron yalan danışdığını bilir, eynilə ölkəsi kimi. Ölkəsinin özündən əvvəlki prezidentləri - Jak Şirak, Nikola Sarkozi və Fransua Olland Ermənistanda olublar. Amma o, Nikolun xatirinə bütün dünyanın qarşısında hər kəsə yalan danışmağa hazırdır. Dost Fransa və onun dost xalqı qətiyyən belə bir şeyə layiq deyil”, - o bildirib.

Fransa Prezidenti bundan əvvəl Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində bəyan edib ki, səkkiz il əvvələ qədər - Robert Köçəryan və Serj Sərkisyan dönəmlərində Ermənistan Rusiyanın peyki olub.

“Səkkiz il əvvələ qədər heç kim Ermənistana gəlməzdi, bu gün ölkənizə bu qədər ilk səfərlərin olması həqiqətən yaxşı göstəricidir. Çünki səkkiz il əvvəl bu ölkə de-fakto Rusiyanın peyki kimi qiymətləndirilirdi”, - Makron Ermənistan Baş naziri Nikol Paşinyana xitabla qeyd edib.

Fransa lideri iddia edib ki, Nikol Paşinyan səkkiz il əvvəl inqilab edərək (Serj Sərkisyanı devirərək – red.), Ermənistanı bu durumdan çıxarıb: “Bu dəyişiklik sülhü və Avropanı prioritet istiqamət kimi seçdi”.

Seçilən
41
teleqraf.com

1Mənbələr