AZ

İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyib

İran Hərbi Dəniz Qüvvələri ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçməsinin qarşısını aldıqlarını bəyan ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə TASS agentliyi İranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb.

"İslam Respublikası ordusunun hərbi dəniz qüvvələrinin qətiyyətli və operativ reaksiyası sayəsində düşmən ABŞ-Sionist hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb", — məlumatda deyilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi bildirib ki, İranın qaydalarına məhəl qoymayan bütün gəmilər güc tətbiq edilməklə dayandırılacaq. O vurğulayıb ki, gəmiçilik şirkətləri və sığorta təşkilatları SEPAH-ın bildirişlərinə diqqət yetirməli və onlara əməl etməli olduqlarını vurğulayıb.

QAZİLER.AZ

Seçilən
2
qaziler.az

1Mənbələr