ain.az bildirir, Axsham.az portalına istinadən.
Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi paylaşımında özü ilə xanımını müqayisə edərək onun ünvanına təriflər yağdırıb:
"Bütün sevən həyat yoldaşları xanımları haqqında belə sözlər deyir. Alyona möhtəşəm insandır. Onun özünəməxsus bir xüsusiyyəti var – çox sakitdir, mən isə elə deyiləm. O, bu balansı qorumaqda mənə kömək edir.
Çox dürüst, mehriban və detallara qarşı diqqətlidir. Onun hər zaman bəyəndiyim bir xüsusiyyəti də var – özünə qarşı artıq söz deməyə imkan verməz. Onun üçün ailə hər zaman ön plandadır, əyləncə və gəzintilər yox.
Bunu onda çox qiymətləndirirəm. Düşünürəm ki, məhz bu qədər dəyərli xüsusiyyətlərinə görə biz bu illər ərzində birlikdəyik".
Qeyd edək ki, Eminin Alyona ilə nikahından Afina adlı qız övladı var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.