AZ

Makron və Starmer Avropanı ABŞ dan müdafiə asılılığından imtina etməyə çağırdı

ain.az, Bizimyol saytına istinadən bildirir.

Avropa liderləri müdafiə sahəsində transatlantik tərəfdaşlığın gələcəyi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Bizimyol.info xəbər verir ki, "Clash Report" agentliyinin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron 2026-cı ilin may ayında İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində çıxışı zamanı Vaşinqtondan həddindən artıq asılılığın risklərini açıq şəkildə dilə gətirib.

Fransa liderinin sözlərinə görə, Avropa hazırda müdafiə və təhlükəsizlik məsələlərində ABŞ-ın “təhlükəsizlik çətiri”nə həddindən artıq bağlılığının bədəlini ödəyir. “Gəlin dürüst olaq, bu, hamının gördüyü, amma açıq danışmadığı problemdir”, – deyə Makron bildirib və müttəfiqləri strateji qərarların qəbulunda daha müstəqil olmağa çağırıb.

Bu mövqeni Böyük Britaniyanın Baş naziri Kir Starmer də dəstəkləyib. O qeyd edib ki, Avropa ölkələrinin uzun müddət güvəndiyi bəzi ittifaqlar hazırda arzuolunan vəziyyətdə deyil. Starmer tərəfdaşlıq strukturları daxilində artıq gərginliyin mövcud olduğunu və bunun səmərəli əməkdaşlığa maneə törətdiyini vurğulayıb.

Bundan əvvəl "City AM" nəşrinin məlumatına əsasən, Böyük Britaniya hökuməti Avropa İttifaqı ilə müdafiə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində fəal danışıqlara başlayıb. Bu əməkdaşlıq Ukraynanın dəstəklənməsi üçün kredit mexanizmlərində iştirak imkanlarını da əhatə edir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr