AZ

Təyyarədə telefonla danışdığı üçün həbs olundu

ABŞ-də təyyarə havaya qalxmazdan əvvəl telefonla danışmağı dayandırmaqdan imtina edən sərnişin həbs edilib.

Qaziler.az xəbər verir ki, bu barədə "Complex" nəşri yazır.

Polisin məlumatına görə, Mayamidən Atlantaya uçan Şennon Mari Harris stüardessaların danışığı bitirmək barədə dəfələrlə etdiyi tələblərinə məhəl qoymayıb. Təyyarə artıq uçuş zolağına çıxarkən, sərnişin özünü aqressiv aparmağa başlayıb və təyyarəni tərk etməkdən imtina edib.

"Delta" aviaşirkətinin nümayəndəsi bildirib ki, müştəri heyətin təkrar olunan təlimatlarını yerinə yetirməyib. O, asayişi pozmağa başladığı üçün təyyarə geri — çıxış qapısına qayıdıb və orada qadını 12 polis əməkdaşı gözləyib.

Aviaşirkət yaranmış narahatlığa görə digər sərnişinlərdən üzr istəyərək vurğulayıblar ki, müştərilərin və heyətin təhlükəsizliyi hər şeydən üstündür.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr