AZ

“Çempionluğun taleyi öz əlimizdə idi, amma dəyərləndirə bilmədik”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qaradağ Lökbatan” II Liqada 64 xalla ikinci sıradadır. Komanda lider “Xankəndi”dən üç xal geri qalır.

Lökbatan təmsilçisi sonuncu turda məhz əsas rəqibinə uduzaraq çempionluq yolunda vacib xal itirib. Komandanın baş məşqçisi Qəzənfər Abbasov “Futbolpress.az”a açıqlamasında bunları deyib:

“Xankəndi” ilə oyun ağır keçdi. Düzdür, minimal hesabla uduzduq, lakin ümumi götürəndə pis təsir bağışlamadıq. Geridə olanda ruhdan düşmədik, mübarizə apardıq. Oyunun sonlarında hesabı bərabərləşdirə bilərdik, amma vaxt çatmadı. Futbolçularımı əzmkar mübarizələrinə görə təbrik edirəm. Çempionluğun taleyi öz əlimizdə idi, amma dəyərləndirə bilmədik”.

II Liqada ikinci yeri tutan komanda I Liqaya vəsiqə uğrunda çempionatın 9-cusu ilə pley-off oynayacaq. I Liqada həmin mövqe uğrunda autsayderlər – “Difai” və “Şimal” mübarizə aparır. Abbasov pley-offda rəqibin kimliyinin önəmi olmadığını bildirdi:

“İki komandanın da gücü demək olar, eynidir. I Liqaya qalxmaq istəyiriksə, istənilən rəqibə qalib gəlmək məcburiyyətindəyik. Həm “Difai”, həm “Şimal” ağır komandalardır”.

Mütəxəssisin klubdakı müqaviləsi yayda başa çatır. O, haqqında qərarı rəhbərliyin verəcəyini əlavə etdi:

“Müqaviləm mayın sonunda başa çatır. Komandanın vəziyyətindən asılı olmayaraq, yekun qərarı rəhbərlik verəcək. İndi bu məsələ haqqında nəsə deyə bilmərəm”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
futbolpress.az

1Mənbələr