AZ

İran Trampa üç mərhələli plan təqdim etdi Yeni detallar

ain.az, Yeniavaz saytına istinadən bildirir.

İranın Pakistan vasitəsilə ABŞ-yə çatdırdığı son sülh təklifi ilə bağlı yeni detallar məlum olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin məlumatına görə, İranın planı üç əsas mərhələdən ibarətdir və 30 gün ərzində atəşkəsi müharibənin sonun çevirməyi hədəfləyir.

Plan müharibənin yenidən başlamasının qarşısını almaq və Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymaq üçün İsrail də daxil olmaqla, təcavüzkarlığa qarşı öhdəlik götürməyi tələb edir.

Birinci mərhələ Hörmüz boğazının tədricən açılmasını və ABŞ-nin İran limanlarına qarşı blokadasının qaldırılmasını nəzərdə tutur. Bu halda Tehran dəniz minaları ilə mübarizə məsuliyyətini öz üzərinə götürəcək.

Təklifin ikinci mərhələsi İranın müəyyən bir müddətdən sonra “sıfır saxlama prinsipi”nə uyğun olaraq uranı 3,6 faiz hədəf səviyyəsində zənginləşdirməyə qayıtmasını tələb edir.

Telekanalın məlumatına görə, planda ABŞ və İsrailin İrana və onun müttəfiqlərinə hücum etməməsi müqabilində İranın hücum etməməsi nəzərdə tutulur.

Eyni zamanda təklif İranın nüvə infrastrukturunun sökülməsini və ya nüvə obyektlərinin məhv edilməsini rədd edir.

Həmçinin, plan sanksiyaların ləğvi edilməsini və dondurulmuş vəsaitlərin açılmasını nəzərdə tutur.

Üçüncü mərhələdə Tehran ərəb qonşuları ilə strateji dialoqa başlamağı və bütün Yaxın Şərqi əhatə edən təhlükəsizlik sistemi yaratmağı təklif edir.

Qeyd edək ki, bundan əvvəl İranın müharibənin həlli üçün ABŞ-yə 14 maddəlik plan təqdim etdiyi bildirilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr