AZ

Onkoloq xərçəngin tez-tez diqqətdən kənarda qalan əlamətini açıqlayıb

Mədəaltı vəzi xərçənginin tez-tez rast gəlinən ümumi bir simptomu beldəki küt bir ağrıdır. Bu qeyri-aşkar əlamət haqqında onkoloq İrji Kubeş danışıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Daily Mirror” yazır.

Mütəxəssisin sözlərinə görə, mədəaltı vəzi xərçəngi tez-tez son mərhələlərdə aşkar edilir, çünki o, özünü gizlədir və spesifik əlamətləri yoxdur. Bəzi hallarda insan beldə küt, intensiv olmayan ağrı hiss edə bilər ki, bu da tez-tez əzələ gərginliyi kimi qəbul edilərək diqqətdən kənarda qalır.

Kubeş qeyd edib ki, belə ağrı qarın nahiyəsinin yuxarı hissəsində də yarana bilər, lakin mədəaltı vəzi onurğaya yaxın yerləşdiyi üçün tez-tez belə yayılır. Həkim bu tip ağrının xüsusiyyətləri olaraq onun keçməməsini və fiziki fəaliyyətlə əlaqəli olmamasını göstərib.

Onkoloq vurğulayıb ki, əksər hallarda bel ağrısı xərçəngdən deyil, lakin narahatlıq səbəbsiz yaranırsa və keçmirsə, həkimə müraciət etmək lazımdır. Həmçinin, mütəxəssisin sözlərinə görə, güclü zəiflik, izah olunmayan arıqlamaq və ya iştah dəyişikliyi yaranarsa, diqqətli olmaq lazımdır.

Almaz Həsənli

Seçilən
17
1
oxumeni.az

2Mənbələr