AZ

Makron İrəvanda itlərlə dostlaşdı - VİDEO

Fransa Prezidenti Emmanuel Makron bu səhər İrəvanda, Respublika Meydanı yaxınlığında qaçış zamanı görüntülənib.

"Yeni Sabah" xəbər verir ki, cangüdənlərinin əhatəsində olan Makron küçə itləri ilə də təmasda olub.

Dövlət başçısının şəhərin mərkəzi küçələrində sərbəst qaçışını göstərən video sosial şəbəkələrdə sürətlə yayılıb. Bəziləri onun hərəkətlərini sağlam həyat tərzinin təbliği kimi şərh etsə də, digərləri bunu qeyri-rəsmi və səmimi bir jest kimi qiymətləndirib.

Xatırladaq ki, Fransa lideri hazırda Ermənistan paytaxtında keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edir.

 


Telegram kanalımız
Seçilən
2
2
yenisabah.az

3Mənbələr