AZ

Sançez CHP sədrinin görüş təklifini rədd etdi

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gedən İspaniya Baş naziri Pedro Sançez Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəlin görüş təklifini rədd edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Sançezin Ankaraya təcili eniş etdiyi barədə məlumat alan Özəl dərhal müavinləri vasitəsilə görüş təklif edib. Ancaq İspaniya tərəfi bu təklifi rədd edib.

Özəl daha sonra Sançezlə Sosialist İnternasionalının lideri kimi görüşmək istəyib. Bu dəfə də Özəl istəyinə nail ola bilməyib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gedən İspaniya Baş naziri Pedro Sançezin təyyarəsi gözlənilməz texniki problem səbəbindən Ankarada təcili eniş etmək məcburiyyətində qalmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
axar.az

1Mənbələr