ain.az, Bakupost portalına istinadən məlumat verir.
Atlantik okeanında üzən lüks sərnişin gəmisində yayılan xəstəlik ciddi narahatlıq yaradıb.
Bakupost.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı hantavirus şübhəsi ilə 3 nəfərin öldüyünü, bir neçə nəfərin isə xəstələndiyini açıqlayıb.
Hollandiya bayraqlı MV Hondius hazırda Kabo-Verdenin paytaxtı Praya limanındadır. Yoluxma riski səbəbilə sərnişinlərin sahilə enməsinə icazə verilmir.
Gəmidə 170 sərnişin və 71 ekipaj üzvü var. Mütəxəssislər bildirir ki, virus adətən gəmiricilərdən yayılır, amma bu hadisədə yoluxmanın mənbəyi hələ də məlum deyil.
Röya Rizvanzadə, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.