AZ

SEPAH Hörmüz boğazında vəziyyətin dəyişmədiyini açıqlayıb

Qaydaları pozan gəmilərə qarşı güc tətbiq olunacağı bildirilib...

Poliqon xəbər verir ki, SEPAH Hörmüz boğazının idarə olunması ilə bağlı heç bir dəyişiklik olmadığını bəyan edib.

Fars Agentliyinin yaydığı məlumata görə, qurumun nümayəndəsi bildirib ki, SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən müəyyən edilmiş tranzit protokollarına uyğun hərəkət edən mülki və ticarət gəmilərinin təhlükəsizliyi təmin olunacaq. Onun sözlərinə görə, yalnız əvvəlcədən razılaşdırılmış marşrutlar üzrə hərəkət edən gəmilər üçün təhlükəsizlik zəmanəti verilir.

Eyni zamanda vurğulanıb ki, müəyyən edilmiş qaydalara əməl etməyən və ya koordinasiyadan kənar hərəkət edən gəmilər dayandırılacaq və zərurət yaranarsa, onlara qarşı güc tətbiq olunacaq.

Ekspertlər qeyd edir ki, Hörmüz boğazı qlobal enerji daşımaları üçün kritik əhəmiyyətə malikdir və burada təhlükəsizliklə bağlı hər hansı sərt yanaşma beynəlxalq ticarət və neft bazarlarına birbaşa təsir göstərir. Son dövrlərdə regionda artan gərginlik fonunda bu cür açıqlamalar dəniz nəqliyyatı şirkətləri üçün əlavə risklər yaradır.

Analitiklərin fikrincə, SEPAH-ın mövqeyi əslində regionda nəzarətin saxlanılması və xarici hərbi iştirakın qarşısının alınmasına yönəlib. Bununla yanaşı, beynəlxalq gəmiçilik şirkətləri üçün əməliyyat riskləri və sığorta xərcləri də artmaqda davam edir.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr