AZ

Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər

Rusiyada vətəndaşlıq alınması üçün dövlət rüsumunun artırılması təklif olunur. 

Bizim.Media xəbər verir ki, müvafiq qanun layihələri paketi Rusiya hökuməti tərəfindən Rusiya Dövlət Dumasına təqdim edilib.
 

Dumanın elektron bazasında dərc olunan sənədə əsasən, Rusiya vətəndaşlığının alınması və ondan imtina üçün dövlət rüsumunun 50 min rubla qədər artırılması təklif edilir. Həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşayış icazəsinin verilməsi rüsumunun 30 min rubla çatdırılması planlaşdırılır.


Bundan əlavə, şəxsiyyəti təsdiq edən sənədin itirilməsi, zədələnməsi və ya dəyişdirilməsi hallarında müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün 5 min rubl məbləğində yeni rüsumun tətbiqi təklif olunur.

Eyni məbləğ bu hallarda təhsil məqsədilə verilən müvəqqəti yaşamaq icazəsinə də şamil ediləcək.

Eyni zamanda, SSRİ-də doğulmuş şəxslər, Rusiyaya köçürülmə üzrə dövlət proqramının iştirakçıları və onların ailə üzvləri üçün vətəndaşlığın alınmasının ödənişsiz olması nəzərdə tutulur. 

Bu güzəşt, həmçinin “xüsusi hərbi əməliyyat” dövründə ən azı bir il müddətinə Rusiya Silahlı Qüvvələrində xidmət müqaviləsi bağlamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, eləcə də onların ailə üzvlərinə, o cümlədən həmin şəxslərin həlak olduğu hallara da şamil ediləcək.

Bizim.Media

Seçilən
2
1
bizim.media

2Mənbələr