AZ

İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qubadlı Rayon İcra Hakimiyyəti "İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə nəqliyyat vasitələrinin təmiri nəzərdə tutulur. Təmir işlərinə görə şirkətə 2000 manat ödəniləcək. 

Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. Neçə avtomobilin təmir ediləcəyi barədə məlumat yoxdur. 

"İmprotex Motors” MMC "İmprotex Group” MMC-yə daxildir. "İmprotex Group” MMC "İmprotex” şirkətinin bazasında yardılıb. "İmprotex” şirkəti 1991-ci ildə keçmiş nazir Füzuli Ələkbərov tərəfindən təsis edilib. 

Füzuli Ələkbərov hazırda "İmprotex Motors” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin nizamnamə kapitalı 5325 manatdır. 

Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovdur. O, 2001-ci ildən rayona rəhbərlik edir. 

Seyid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
qaynarinfo.az

1Mənbələr