AZ

Amsterdam ət məhsullarının reklamını qadağan etdi

Amsterdam dünyada ət məhsullarının, həmçinin neft və qazla işləyən avtomobillərin reklamını qadağan edən ilk paytaxt olub.

Qaziler.az xəbər verir ki, bu barədə BBC yazır.

Mayın 1-dən etibarən Niderland paytaxtın bilbordlarından, tramvay dayanacaqlarından və metro stansiyalarından hamburqerlərin, benzinlə işləyən avtomobillərin və aviaşirkətlərin reklamları yoxa çıxıb.

Şəhər siyasətçiləri bildiriblər ki, bu təşəbbüs Amsterdamın küçə mənzərəsini yerli hakimiyyətin ekoloji hədəflərinə uyğunlaşdırmaq məqsədi daşıyır.

Bu hədəflər Niderland paytaxtın 2050-ci ilə qədər karbon neytrallığına nail olmasını və yerli sakinlərin həmin dövrə qədər ət istehlakını yarıbayarı azaltmasını nəzərdə tutur.

QAZİLER.AZ

Seçilən
21
qaziler.az

1Mənbələr