AZ

Nesrin Cavadzadənin evləndiyi şəxs kimdir? - FOTOLAR

Son günlər maqazin kulislərinin ən çox müzakirə olunan mövzularından biri məşhur aktrisa Nesrin Cavadzadənin evlilik qərarı olub.

"Unikal" xəbər verir ki, aktrisa Bodrum şəhərində sadə mərasimlə toya hazırlaşır.  

Evlilik xəbərində diqqət çəkən əsas məqamlardan biri də bəy namizədinin kimliyi olub. Kadir Taner Uçar ictimaiyyətə çox tanış sima olmasa da, son günlər ən çox axtarılan şəxslər sırasına daxil olub. Uçar əsasən moda və parça sektorunda fəaliyyət göstərən iş adamıdır. Onun müxtəlif sahələrdə investisiyalara sahib olduğu bildirilir. Kadirin sosial mediada aktiv olmaması və şəxsi həyatını gizli saxlaması xüsusilə diqqət çəkib. 

Məlumata görə, Kadir Taner Uçar 1989-cu ildə Rizedə anadan olub. Cütlüyün necə tanış olduğu barədə dəqiq məlumat verilməyib. Qeyd olunur ki, Nesrin Cavadzade bu münasibəti uzun müddət gizli saxlayıb. 

Bundan əlavə onların ötən gün nikah mərasimi baş tutub. Aktrisa mərasimdən olan görüntüləri sosial media hesabında paylaşıb. Cütlük Bodrumda sadə və təmtəraqsız bir toy planlaşdırır. Mərasimə yalnız yaxın dostlar və ailə üzvlərinin qatılması nəzərdə tutulur.

 

Qeyd edək ki, Nesrin Cavadzade həm kino, həm də televiziya sahəsində uğurlu layihələrdə iştirak edib. O, "Yasak Elma", "Fi", "Üç Kuruş" və "Sandık Kokusu" kimi məşhur ekran işləri ilə geniş tamaşaçı auditoriyası qazanıb.

Gülayə Mecid 

 

Seçilən
40
50
unikal.az

10Mənbələr