AZ

Naxçıvanda yerli duz istehsalı bərpa olundu – Bakıya nə zaman gətirləcək?

Naxçıvan Muxtar Respublikasında yerli duz istehsalı bərpa olunub. Hazırda muxtar respublikanın özündə məhsulun mağazalara mərhələli şəkildə paylanılmasına başlanılıb.

 

Bu barədə Pravda.az-a “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev məlumat verib.

 

Onun sözlərinə görə, müəssisədə bir müddətdir, aparılan təmir işləri artıq tam başa çatdırılıb və hazırda istehsalla bağlı heç bir problem yoxdur.

 

Direktor “Naxçıvan duzu”nun ölkənin digər bazarlarına nə vaxt çıxarılacağına da aydınlıq gətirib: “Hazırda istehsal olunan məhsul anbarlara yığılır. Müəyyən həcmdə ehtiyat toplandıqdan sonra Bakıdakı mağazalara da göndəriləcək. Artıq Naxçıvan daxilində satış məntəqələrinə duzun çıxarılmasına başlanılıb”.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma prosesi 2025-ci ilin oktyabr ayından etibarən dayandırılmışdı.

 

Aygün İbrahimli

Tarix: 4 May 2026, 15:51   
Seçilən
18
pravda.az

1Mənbələr