“Vilyarreal” klubu mövsümün sonunda baş məşqçisi Marselino Toralla yollarını ayıracağını açıqlayıb.
Msport.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə müqavilənin müddəti bu ilin iyununa qədərdir.
İspaniyalı məşqçi 2023-cü ilin noyabrında ikinci dəfə “sarılar”ın “sükanı” arxasına keçmişdi. O, 2013-2016-cı illərdə də “Vilyarreal”a rəhbərlik edib.
Toral 2016-cı ildən sonra “Valensiya”, “Atletik”, “Marsel” komandalarında da işləyib.
Maraqlı odur ki, “Vilyarreal” gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb. Komanda hazırda İspaniya La Liqasında 68 xalla 3-cü yeri tutur.