AZ

Ukrayna üçtərəfli danışıqların növbəti raunduna hazırdır - Zelenski

Kiyev Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların keçirilməsinə hazırdır.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.

Zelenski bildirib ki, Polşanın Baş naziri Donald Tusk ilə görüşündə polşalı lideri sülh danışıqlarının gedişi barədə məlumatlandırıb.

"Bizə uzunmüddətli atəşkəs, etibarlı təhlükəsizlik və davamlı sülh lazımdır. Və biz üçtərəfli danışıqların növbəti raunduna hazırıq", — deyə o qeyd edib.

Həmçinin, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Zelenski münaqişənin nizamlanması üçün ümumi Avropa mövqeyinin hazırlanmasının vacibliyini bildirib və qeyd edib ki,  Aİ Ukrayna ilə bağlı danışıqlarda iştirak etməlidir.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr