ABŞ İranın İslam İnqilabi keşikçiləri Korpusunun (SEPAH) Birləşmiş Ştatlara aid gəmini iki raketlə vurması ilə bağlı İran dövlət mediası tərəfindən yayılan iddiaları təkzib edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) X səhifəsində məlumat dərc olunub.
"Həqiqət belədir - ABŞ hərbi dəniz donanmasına aid heç bir gəmi vurulmayıb",- deyə məlumatda qeyd olunur.
CENTCOM bölgədəki ABŞ qüvvələrinin Azadlıq Layihəsinə (Project Freedom) dəstək olduğunu və İran limanlarının blokadasının təmin olunmasına nəzarəti davam etdirdiyini vurğulayıb.